reklam
Millimiz Avropa çempionatında mübarizəyə başlayır
Sportfm.az xəbər saytı

Millimiz Avropa çempionatında mübarizəyə başlayır


Bu gün qadın voleybolçular arasında Avropa çempionatı start götürür.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı C qrupunun oyunları Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. Covanni Kapraranın rəhbərlik etdiyi yığma ilk matçını bu gün Xorvatiya kollektivinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin olunub.

İtaliyalı mütəxəssis yarış ərzində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Mariya Kirilyuk, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyevadan ibarət “12-lik”dən yararlanacaq.

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Milli 31-ci dəfə təşkil olunacaq yarışda bunu bacarsa, A qrupunun komandaları ilə qarşılaşacaq. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Qrup mərhələsi
23-29 avqust

A qrupu (Türkiyə, Ankara): Fransa, Bolqarıstan, Serbiya, Finlandiya, Türkiyə, Yunanıstan
B qrupu (Polşa, Lodz): Belçika, Ukrayna, İtaliya, Portuqaliya, Polşa, Sloveniya
C qrupu (Macarıstan, Budapeşt): Azərbaycan, Xorvatiya, Hollandiya, Rumıniya, Macarıstan, Estoniya 
D qrupu (Slovakiya, Bratislava): İsveçrə, Almaniya, Belarus, Rusiya, Slovakiya, İspaniya

C qrupu
23 avqust

17:00. Xorvatiya - Azərbaycan
19:30. Hollandiya - Rumıniya
22:30. Macarıstan - Estoniya

24 avqust
20:00. Estoniya - Xorvatiya 
22:30. Rumıniya - Macarıstan

25 avqust
17:30. Azərbaycan - Hollandiya 
20:00. Estoniya - Rumıniya

26 avqust
20:00. Hollandiya - Xorvatiya
22:30. Macarıstan - Azərbaycan

27 avqust
20:00. Hollandiya - Estoniya 
22:30. Rumıniya - Xorvatiya

28 avqust
17:30. Azərbaycan - Estoniya
20:00. Xorvatiya - Macarıstan

29 avqust
17:30. Rumıniya - Azərbaycan
20:00. Macarıstan - Hollandiya

Oxşar xəbərlər

Azərbaycan millisi növbəti oyununu keçirəcək
Millimiz Macarıstanla üz-üzə - YENİLƏNİR
Hollandiya qarşısında tab gətirmədik
Millimiz Hollandiya yığması ilə qarşılaşacaq
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər