Millimizin rəqibləri müəyyənləşdi -DÇ-2022
Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib. Azərbaycan millisi 5 komandalı A qrupuna düşüb. Rəqiblər Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq olub.
A qrupu: Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, AZƏRBAYCAN
B qrupu: İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo
C qrupu: İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva
D qrupu: Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan
E qrupu: Belçika, Uels, Çexiya, Belarus, Estoniya
F qrupu: Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer adaları, Moldova
G qrupu: Niderland, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq
H qrupu: Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta
I qrupu: İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino
J qrupu: Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn
Final mərhələsinə 20 komanda yüksələcək. Qrup qalibi olan 10 komanda birbaşa final, ikinci yerin sahibləri isə pley-offa vəsiqə əldə edəcək. Bu 20 yer uğrunda 55 yığma mübarizə aparacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin rəqibləri bilindi - AVRO-2024
İspaniya evdə, Fransa və İtaliya səfərdə oynayacaq - DÇ-2022
Yığmamızın rəqibləri bəlli oldu - AVRO-2023
AÇ-2020: Millimiz üçün tanış rəqiblər
DÇ - 2018 seçmə qrup mərhələsində növbəti oyunlar başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası