Azərbaycan İsveçlə eyni qrupda
2019-cu ildə keçiriləcək kişilər arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, Lüksemburqda baş tutan mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
G qrupunda yer alan Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Yunanıstan, İsveç və Lüksemburq milliləri ilə qarşılaşacaq.
Azərbaycan yığması qrup qalibi olarsa, tarixində ilk dəfə Avropa çempionatında iştirak hüququna yiyələnəcək. Həmçinin 2-ci yeri tutmaqla da qitə birinciliyinə vəsiqə qazanmaq mümkündür.
Bunun üçün 7 qrupun ikinciləri arasında ən çox xal toplayan 5 komanda sırasına düşmək lazımdır. Növbəti Avropa çempionatında rekord sayda - 24 yığma iştirak edəcək.
A qrupu: Finlandiya, Danimarka, Rumıniya
B qrupu: Estoniya, Latviya, İsrail
C qrupu: Slovakiya, Monteneqro, Moldova, İslandiya
D qrupu: Portuqaliya, Xorvatiya, Avstriya, Albaniya
E qrupu: İspaniya, Belarus, Norveç, Gürcüstan
F qrupu: Ukrayna, Makedoniya, Macarıstan, İsveçrə
G qrupu: Yunanıstan, İsveç, Azərbaycan, Lüksemburq
Avropa Voleybol Konfederasiyasının sentyabrda açıqladığı reytinq siyahısında Yunanıstan və İsveç 19-cu, Azərbaycan 33-cü, Lüksemburq isə 34-cü yerdədi.
2018-ci il avqustun 15-də start götürəcək seçmə mərhələyə 2019-cu ilin yanvarında yekun vurulacaq. Avropa çempionatının final mərhələsi 4 ölkədə - Hollandiya, Belçika, Fransa və Sloveniyada təşkil olunacaq.
Oxşar xəbərlər
Millimizin rəqibləri müəyyənləşdi - DÇ-2022
Millimizin rəqibləri məlum oldu
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
AÇ-2020: Millimiz üçün tanış rəqiblər
DÇ - 2018 seçmə qrup mərhələsində növbəti oyunlar başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı













Misli Premyer Liqası