AFFA təkzib etdi - şayiədir
AFFA-nın baş katibi Elxan Məmmədov millinin baş məşqçi postuna Mustafa Reşit Akçayın təyin olunmasına dair iddialara münasibət bildirib.
Sportfm.az xəbər verir ki, Məmmədov açıqlamasında bunu agentlərin ortaya atdığı şayiə adlandırıb.
Onun sözlərinə görə, türkiyəli mütəxəssislə heç bir danışıq aparılmayıb: "Onunla nəinki anlaşmışıq, heç danışıq da aparmamışıq. Hətta belə bir şəxs bizə təklif olunmayıb. Bu, müxtəlif agentlər tərəfindən ortaya atılmış spekulyasiyalardır".
Azərbaycan millisinin türkiyəli Mustafa Reşit Akçaya tapşırıldığına dair xəbəri "Fanatik" nəşri yayıb.
60 yaşlı mütəxəssisin son klubu 2018-ci ilin noyabrında zəif nəticələrlə əlaqədar yollarını ayırdığı "Osmanlıspor" olub.
O, "Gümüşhanespor", "Pazarspor", "Arsinspor", "Ofspor", "Beylerbeyi", "Tavşanlı", "1461 Trabzonspor", "Trabzonspor", "Akhisar Belediyespor" və "Konyaspor"da da çalışıb. (report)
Oxşar xəbərlər
"Mənə yalnız jurnalistlər zəng edib" - Canni De Byazi
AFFA təsdiq etdi - Roy Kinlə danışıqlar aparırıq
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
"Qalatasaray"ın prezidenti: "Azərbaycanda final oynayacağıq"
Türkiyə klubunda köhnə-yeni məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası