AFFA təsdiq etdi -Roy Kinlə danışıqlar aparırıq
AFFA Azərbaycan millisinin baş məşqçi postuna "Mançester Yunayted"in keçmiş futbolçusu Roy Kinin namizəd olmasına dair iddialara münasibət bildirib.
Sportfm.az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla 49 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib.
O, Azərbaycan yığmasında baş məşqçi vəzifəsinə təyinatla bağlı AFFA-nın danışıqlar apardığı mütəxəssislər siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kinin də olduğunu söyləyib.
"Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb", - milli assosasiya rəsmisi əlavə edib (Report).
Oxşar xəbərlər
AFFA-dan açıqlama - De Byazinin taleyini İK həll edəcək
AFFA-dan Samet Aybaba və Okan Buruk açıqlaması
De Byazi Azərbaycan yığmasının baş məşqçisi oldu
AFFA baş məşqçi ilə bağlı açıqlama yaydı - RƏSMİ
AFFA münasibət bildirdi - Heç bir namizədlə bağlı yenilik yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası