reklam
Dmitri Nazarov vətənə dönür! -
Sportfm.az xəbər saytı

Dmitri Nazarov vətənə dönür! -Transfer


Almaniya II Budensliqa təmsilçisi "Aue"də çıxış edən milli komandamızın üzvü Dmitri Nazarov klubunu dəyişə bilər.  

Sportfm.az xəbər verir ki, 28 yaşlı ön xətt oyunçusunun doğulduğu ölkə - Qazaxıstanda oynamaq şansı yaranıb. Onun xidmətində Premyer Liqa təmsilçisi "Kayrat" klubu maraqlıdır. 

Tərəflər arasında danışıqlar müsbət yekunlaşsa, yarımmüdafiəçi yaxın günlərdə "Kayrat"ın düşərgəsinə qoşula bilər. Futbolçu özü də Qazaxıstan çempionatında oynamaqda maraqlıdır. 

Qeyd edək ki, 2014-cü ildən millimizin formasını geyinən Nazarovun "Aue" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. "Kayzerslautern" yetirməsi olan Dima "Ayntraxt", "Proyssen" və "Karlsrue" klublarında da çıxış edib.(futbol11.az)

Oxşar xəbərlər

Dmitri Nazarov üçün 90 dəqiqə
Almaniya klubu millimizin üzvünə müqavilə təklif etdi - Nazarov qayıdır
Nazarov Almaniya klubu ilə müqavilə yenilədi
Dmitri Nazarovun yeni klubu
Dmitri Nazarov klubunu dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər