reklam
Dmitri Nazarovun yeni klubu
Sportfm.az xəbər saytı

Dmitri Nazarovun yeni klubu


Millimizin üzvü Dmitri Nazarovun yeni klubu müəyyənləşmək üzrədir.

Sportfm.az saytı yeniçağ.az-a istinadən bildirir ki, hazırda Almaniyanın II Bundesliqasında çıxış edən "Aue"nin üzvü, karyerasını Rusiyada davam etdirməyə çox yaxındır. Belə ki, 27 yaşlı yarımmüdafiəçinin xidmətində Moskvanın "Lokomotiv" klubu maraqlıdır.

Rusiya təmsilçisinin baş məşqçisi, "Qəbələ"nin sabiq çalışdırıcısı Yuri Syomin də futbolçunun transferinə "hə" deyib. Nazarovun özü də Premyer Liqada çıxış etməyə müsbət yanaşır. Məsələyə qarşıdakı günlərdə rəsmən aydınlıq gələcək.

Qeyd edək ki, Nazarov cari mövsümdə meydana çıxdığı 29 oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Yığmamızın üzvü het-trik etdi
Nazarovun qolu "Aue"ni xilas etmədi
Nazarov komandasını xilas etdi
Nazarovun klubu darmadağın oldu
Dmitri Nazarov klubunu dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər