reklam
Nazarov Almaniya klubu ilə müqavilə yenilədi
Sportfm.az xəbər saytı

Nazarov Almaniya klubu ilə müqavilə yenilədi


Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi Almaniyanın "Aue" klubu ilə müqaviləni uzadıb.

Sportfm.az xəbər verir ki, II Bundesliqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə bağlayıb.

Dima 2016-cı ildə "Karlsrue"dən "Aue"yə keçib. Milliləşdirilmiş futbolçu ilə yanaşı, Klemens Fendrixlə də yeni müqavilə bağlanıb 

Klubun prezidenti Xelqe Leonxardt Nazarovun klubun gələcək strateji planlarının bir hissəsi olduğunu deyib: "Bu futbolçular ağılı, ruhu və keyfiyyəti ilə komandamıza uyğun gəlir. Onlar bunu gələcəkdə də sübut edəcəklər".

Komandanın baş məşqçisi Dirk Şuster Fendrix və Nazarov haqqında fikirlərini bildirib: "Onlar futbolçu keyfiyyətləri və təcrübələri ilə komandamızın əsas dirəyini təşkil edirlər. Şadam ki, qarşıdakı müddətdə də birgə çalışacağıq".

Oxşar xəbərlər

Dmitri Nazarov üçün 90 dəqiqə
Almaniya klubu millimizin üzvünə müqavilə təklif etdi - Nazarov qayıdır
"Sadıqovun rekordunu qırmaq istəyirəm" - Dmitri Nazarov
Almaniya klubu Nazarovla müqavilə imzalayacaq
Dmitri Nazarov klubunu dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər