reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" Almaniya komandası ilə qarşılaşacaq


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” daha bir yoxlama oyunu keçirəcək.

Sportfm.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yanvarın 26-da Almaniya Regional Liqası təmsilçisi “Optik Ratenov”la qarşılaşacaq. “Fanatic” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, “Sumqayıt” yanvarın 26-da Serbiyanın “Zemun” komandası ilə də qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:30-a təyin edilib. “Gənclik şəhəri” təmsilçisi toplanış dönəmində “Jetısu” (Qazaxıstan) ilə 1:1-lik heç-heçə etdiyi halda, “Vardar”ı (Makedoniya) məğlub edib - 3:1.

Oxşar xəbərlər

"Sumqayıt" yoxlama oyunu üçün yeni rəqib tapdı
"Sumqayıt"ın nə vaxt meydana çıxacağı bilindi
"Sumqayıt"ın oyunu ləğv edildi
"Keşlə" Serbiya komandası ilə qarşılaşacaq
Bir gündə 3 oyun - Klublarımız Antalyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər