reklam
Azərbaycan millisi Malta yığmasına qalib gəldi
Sportfm.az xəbər saytı

Azərbaycan millisi Malta yığmasına qalib gəldi


Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirakını başa vurub.

Sportfm.az xəbər verir ki, yığmamız Maltanın Kospikua şəhərinin “Kottonera Sports Kompleks” Arenasında Kipr millisinə 17:25, Gürcüstana isə 25:30 hesabı ilə məğlub olub. Sonuncu oyunda Malta ilə qarşılaşan hədbolçularımız 27:24 hesabı ilə qalib gəliblər.

Hesabında 2 xal olan Azərbaycan millisi növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, 2022-ci ildə Macarıstan və Slovakiyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının növbəti təsnifat mərhələsinə Kipr millisi qrup lideri kimi adlayıb.

Oxşar xəbərlər

Milli komandamız Bakıda uduzdu - ilkin təsnifat turniri
Millimiz Maltanı udsa da, Avropa çempionatına yüksələ bilmədi
Azərbaycan millisi Kipr yığması ilə qarşılaşacaq
Milli komandamız Maltaya yollanır
Millimizin rəqibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər