Milli komandamız Maltaya yollanır
Kişi həndbolçulardan ibarət milli komandamız ciddi sınaq qarşısındadır.
Sportfm.az xəbər verir ki, həndbolçularımızı 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizə gözləyir.
Azərbaycan seçməsi bu məqsədlə sabah Maltaya yola düşəcək.
Xatırladaq ki, 2018-ci il sentyabrın 28-də Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, “B” qrupunda qərarlaşan Azərbaycan seçməsi, Kipr, Gürcüstan və Malta kollektivləri ilə yarışacaq.
Millimizin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. Yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız ertəsi gün Gürcüstanla, ayın 13-də isə Malta ilə üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.
Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.
Oxşar xəbərlər
Milli komandamız Bakıda uduzdu - ilkin təsnifat turniri
Millimiz Maltanı udsa da, Avropa çempionatına yüksələ bilmədi
Azərbaycan millisi Malta yığmasına qalib gəldi
Azərbaycan millisi Kipr yığması ilə qarşılaşacaq
Millimizin rəqibləri müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası