Millimizin rəqibləri müəyyənləşdi
Kişi həndbolçuların 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsinin püşkü atılıb.
Sportfm.az xəbər verir ki, Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, “B” qrupunda yer alan Azərbaycan seçməsi, Kipr, Gürcüstan və Malta kollektivləri ilə yarışacaq. “A” qrupunda isə Lüksemburq, Böyük Britaniya, İrlandiya və Bolqarıstan komandaları mübarizə aparacaqlar.
Millimizin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. 2019-cu il yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız bir gün sonra Gürcüstanla, ayın 13-də isə Malta ilə üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.
Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.
Oxşar xəbərlər
Millimizin növbəti sınağı - Avropa çempionatı
Millimiz Maltanı udsa da, Avropa çempionatına yüksələ bilmədi
Azərbaycan millisi Malta yığmasına qalib gəldi
Azərbaycan millisi Kipr yığması ilə qarşılaşacaq
Milli komandamız Maltaya yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası