reklam
Samir Əliyev millinin heyətini açıqladı
Sportfm.az xəbər saytı

Samir Əliyev millinin heyətini açıqladı


2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. 

Sportfm.az xəbər verir ki, hazırlıq yanvarın 14-dən 20-dək Bakıda baş tutacaq. 

Yeni baş məşqçi Samir Əliyevin rəhbərliyi altındakı ilk toplanışda millimiz 3 yoxlama oyunu keçirəcək. Komandamız yanvarın 15-də Avropa çempionatının elit-raunduna hazırlaşan U-19-la, yanvarın 17-də və 20-də isə müvafiq olaraq “Baku City” və “Keşlə-2” komandaları ilə qarşılaşacaq. 

Əliyev toplanışa 23 futbolçu çağırıb. Bunlar  Əkpər Vəliyev, Cavid Əliyev, Ceyhun Nuriyev (hamısı “Keşlə”), Nicat Verdiyev  (“Kəpəz”), Ayxan Arazlı, Nihad Quliyev (hər ikisi “Qarabağ”),  Elməddin Sultanov, Xəyal Muradov, Təbriz İsazadə, Nicat Əliyev, Veysəl Rzayev, Məhəmməd Məhərrəmov (hamısı “Qəbələ”), Nihad Qurbanlı,  İnqilab Əkbərov, İlkin Əbiyev, Mehdi Tahirov, Nicat Məmmədov (hamısı “Neftçi”), Raul Həsənzadə, Elşad Tağıyev, Xəlil Bəşirov (hamısı “Səbail”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Elçin Qasımov  (“Turan”), Zahir Xanhüseyinlidi  (“Zirə”).

Oxşar xəbərlər

Yığmanın qapısı "Keşlə"nin gənc futbolçularının üzünə bağlandı
İngiltərə klubunun futbolçusu millimizlə Antalyaya yollanır
“Frankfurt”un oyunçusu millimizdə
U-18-in Bakıda toplanışı olacaq
Abbas Abbasov yığmamıza çağırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər