"Neftçi" ad açıqlamaq istəmir və İbrahimxəlilovu yoxlayır
Təlim-məşq toplanışına start verən “Neftçi” İK futzal klubu məşqlərini gündə iki dəfə olmaqla davam etdirir.
Sportfm.az xəbər verir ki, baş məşqçi Hacıbala Abdullazadə səhər fiziki, axşam isə toplu çalışmalara yer verir. Yanvarın 20-dək bu cür davam edəcək paytaxt təmsilçisinin heyətindən ayrılan olmasa da, düşərgədə baxışda olan futzalçılar var. “Araz”dan ayrılan Elşən İbramxəlilov və Adəm Həbibov Abdullazadənin etimadını qazanmağa çalışır. Legionerlərlə bağlı məsələ isə açıq qalıb. Belə ki, baş məşqçi xidmətində maraqlı olduğu əcnəbilər komandaya qoşulmayanadək ad açıqlamaq istəmir.
Qeyd edək ki, ilk iki dövrədən sonra aktivində 27 xal olan və üçüncü pillədə yer alan “Neftçi” İK-nı lider EKOL-dan 2 xal ayırır.
Oxşar xəbərlər
Hava şəraiti "Neftçi"yə mane oldu - Toplanış
"Neftçi" yeni ildə ilk fitnes zalında keçirdi
Ötən mövsüm azarkeşlərə qorxulu anlar yaşadan futzalçı "Araz"da
Adəm "Araz"a kömək edə bilməyəcək
Filip Ozobiç "Qəbələ"dən ayrı düşdü!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası