reklam
Müdafiəçi istəyinə çatdı - klub sahibi oldu
Sportfm.az xəbər saytı

Müdafiəçi istəyinə çatdı - klub sahibi oldu


Futbol üzrə İspaniya millisinin və "Barselona" klubunun müdafiəçisi Jerar Pike bu ölkənin beşinci divizionunda çıxış edən "Andorra" klubunu satın alıb.

Sportfm.az xəbər verir ki, ispaniyalı müdafiəçinin klubun keçmiş səhmdarları ilə görüşündə bu barədə razılığa gəlinib. Hazırda "Andorra" klubunun borcu 200 min avroya çatıb. Bu borc ödənildikdən sonra Pike rəsmən klubun yeni sahibi olacaq.

Jerar Pike on ildir Kataloniya təmsilçisinin idman şərəfini qoruyur. O, 2008-ci ildə İngiltərənin "Mançester Yunayted" klubundan 5 milyon avroya transfer edilib. Futbolçu "Barselona"nın heyətində 296 oyunda 26 dəfə fərqlənib.

Oxşar xəbərlər

"Başqa klub mənim üçün dram olar" - Jerar Pike
Məşhur futbolçu klub aldı
Müdafiəçi daha bir futbol klubunu aldı
Pike sabiq baş məşqçisinin oğlunu transfer etdi
"Barselona" Xerard Pike ilə müqavilə müddətini uzatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər