Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahin Diniyev:”Bizdə yığmaya layiq futbolçular var” -VİDEO
Azərbaycan teleməkanının populyar futbol verilişi "TOP-TOP" sentyabrın 6-da növbəti dəfə efirə gedib.
Sportfm.az xəbər verir ki, aparıcı Araz Əhmədovla bərabər bu dəfə müzakirəyə qatılanlar "Kəpəz” klubunun baş məşqçisi Şahin Diniyev, "Qaynarinfo.az” saytının əməkdaşı Səbuhi Tofiqoğlu və "Report” informasiya agentliyinin müxbiri Rövşən Əhlimanoğlu olub. Verilişdə yığmamızın San-Marino üzərində qazandığı minimal hesablı qələbəsi müzakirə edilib. Qonaqlar, həmçinin ölkə çempionatında yaranan fasilə, "Neftçi”də baş verən olaylar haqqında fikir bildirib. "Kəpəz”in çalışdırıcısı Şahin Diniyev klubla bağlı bir çox məqamlara aydınlıq gətirib. Qeyd edək ki, "TOP-TOP" proqramı hər həftənin çərşənbə axşamı saat 18:00-da "MYVİDEO" kanalında canlı yayımda efirə gedir. "MYVİDEO" kanalı KATV kabel televiziyası və internet vasitəsilə yayımlanır.

Oxşar xəbərlər
“Əvvəllər stadionda hər kəs mənə təəccüblə baxırdı”... VİDEO
“Neftçi”ni bu vəziyyətə salmağa heç kimin haqqı yoxdur” - VİDEO
Emin Mahmudovu yığmamıza kim gətirib? - VİDEO
Adil Şükürov:”Xəzər Lənkəran” klubunun heyətində istədiyimiz futbolçular var” – VİDEO
“TOP-TOP” – “Bizdə yığmaya düşməyən futbolu atır” – VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası