Rusdan geri qal, yaponu keç -Şəhriyar Məmmədyarov belə etdi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb.
Sportfm.az xəbər verir ki, yarışın son günündə 3 qələbə, 2 heç-heçə edən 33 yaşlı qrossmeyster xallarını 10,5-ə çatdırıb. Onun son turda heç-heçə etdiyi rusiyalı Daniel Dubov isə 11 xalla dünya çempionu olub. Bürünc medala 10,5 xalla ABŞ təmsilçisi Hikaru Nakamura sahib çıxıb.
Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci olub.
Qadınların mübarizəsində isə Gülnar Məmmədova 7,5 xalla 18-ci, Günay Məmmədzadə 7 xalla 39-cu yeri tutub. Hərəyə 5,5 xal yığan bacılardan Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olub.
Çinli Tsyuy Ventszyun 10 xalla dünya çempionu adını qazanıb. İranlı Sarasadat Xademəlşəriyə 9 xalla gümüş, eyni xala malik rusiyalı Aleksandra Qoryaçkina bürünc medal əldə edib.
Oxşar xəbərlər
Ən yüksək yerdə Rauf Məmmədov qərarlaşıb - DÇ
Rapid növündə qaliblər bəlli olacaq - Dünya çempionatı
Azərbaycan şahmatçıları növbəti görüşlərini keçirəcək - Dünya çempionatı
Şəhriyar Məmmədyarov 2 pillə gerilədi
Məmmədyarov dünya çempionatına 3 qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Çexiya ilə bərabərə qaldı - DÇ-2028
-
Tovuzda keçiriləcək Çempionlar Liqası oyununun biletləri təqdim edilib
-
"Sabah" 4 top buraxdı - Çempionlar Liqası
-
Həftənin rəmzi komandası açıqlandı - Çempionlar Liqası
-
Kriştiano Ronaldo millidəki karyerasını başa vurdu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA













Misli Premyer Liqası