Şəhriyar Məmmədyarov 2 pillə gerilədi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, ötən ayla müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə geriləyib. Hazırda 2790 xalla 5-ci pillədə olan 33 yaşlı qrossmeyster lider norveçli dünya çempionu Maqnus Karlsendən 53, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 38, 3-cü sıradakı çinli Din Lijendən 22, 4-cü mövqedəki hindistanlı Aniş Giridən 7 xal geri qalır.
Azərbaycanlı digər şahmatçılara gəldikdə, Teymur Rəcəbov bir pillə irəliləyib. O, 2756 xalla 13-cü yerdədir. Bir pillə geriləyən Arkadi Naydiç 2732 xalla 22-cidir. 2703 xala malik Rauf Məmmədov 42-ci sırada qalıb. Eltac Səfərlinin də mövqeyi dəyişməyib – 2681 xal və 62-ci yer. 2664 xala sahib olan Qədir Hüseynov isə bir pillə geriləyib və 81-ci yerdədir.
Qadınlardan Günay Məmmədzadə 2422 xalla 49-cu pillədə qalıb. Yenə 2397 xala malik Xanım Balacayeva 64-cü, 2368 xalı olan Gülnar Məmmədova 99-cu mövqedə qərarlaşıb. Balacayeva 1 pillə irəliləyibsə, Məmmədova mövqeyini dəyişməyib.
Oxşar xəbərlər
"Şah" yerində durmur - Reytinq cədvəli
Günay Məmmədzadə 3 pillə irəlilədi - FIDE reytinqi
Şəhriyar Məmmədyarov 1 pillə gerilədi - FIDE reytinqi
Şəhriyar Məmmədyarovun mövqeyi dəyişdi
Şahmatçılarımız FIDE reytinqində irəlilədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Çexiya ilə bərabərə qaldı - DÇ-2028
-
Tovuzda keçiriləcək Çempionlar Liqası oyununun biletləri təqdim edilib
-
"Sabah" 4 top buraxdı - Çempionlar Liqası
-
Həftənin rəmzi komandası açıqlandı - Çempionlar Liqası
-
Kriştiano Ronaldo millidəki karyerasını başa vurdu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası