• 01:48 Çərşənbə
    14 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Zaur Axundov:

Zaur Axundov: "Çempionat oyunlarının təkcə Bakıda deyil, bölgələrdə də təşkil olunmasını istəyirik"

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov qurumun cari ildəki fəaliyyəti və gələcək perspektivlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik. 

- Cari ili ölkə futzalı üçün uğurlu hesab etmək olarmı?

- Ölkəmizdə futzal dinamik inkişaf edir. Cari ildə milli komandamız legioner futzalçılarla yollarını ayırıb. “Araz” klubu da heyətində yerli futzalçılara üstünlük verib. Daxili çempionat daha maraqlı gedir. Artıq çempionatın yarısına yekun vurulub. EKOL komandası “qış çempionu” olub. Çempionatda güclü rəqabət var. EKOL, “Araz”, “Neftçi” və digər klubların çempion olmaq şansı var. Müşahidələr göstərir ki, ilk yarıda Yüksək və Birinci liqalarda mübarizə yüksək səviyyədə olub. Bütün bunları pozitiv qəbul edirəm. Komandalara gənc futzalçılar cəlb olunub. Milli komandaların məşqçiləri artıq seleksiya prosesinə start veriblər. On doqquz yaşadək futzalçılardan ibarət yığma yaradılıb. Gələn ilin martında U-19 Avropa çempionatının seçmə mərhələsində iştirakla bağlı böyük seleksiya işləri görülüb, proses davam etdirilir. Heyətə 20-yə yaxın futzalçı cəlb olunub. Bunu müsbət hal kimi qiymətləndirirəm.

Gələn ilin oktyabrında dünya çempionatının əsas mərhələsinin oyunları Bakıda təşkil olunacaq. Federasiyamız turnirin hazırlığına başlayıb. Ötən illərlə müqayisədə cari ildə “Araz” klubu elit mərhələyə vəsiqə qazana bilmədi. Bunu müsbət hal kimi dəyərləndirmək olmaz. Milli komandamız Sloveniyada Avropa çempionatında mərhələ adlasa da, 1/4 final mərhələsində mübarizəni dayandırdı. Gələcək illərdə daha da intensiv çalışıb keçmiş uğurlarımızı təkrarlamalıyıq.

- Millimizin 2020-ci ildə Litvada təşkil olunacaq dünya çempionatının əsas mərhələsində şanslarını necə dəyərləndirirsiz?

- Turnirdə format dəyişdirilib. Əsas məqsəd qrupda birinci və ya ikinci yeri tutmaqdır. Təbii ki, şanslarımız var. Vaxtımız həm çox, həm də azdır. Düşünürəm ki, doğma azarkeşlər önündə keçiriləcək əsas mərhələnin oyunlarında uğurla çıxış edib elit mərhələyə adlayacağıq. Sonra isə iki il öncəki uğuru təkrarlayaraq turnirin dünya çempionatının final mərhələsinə vəsiqə qazanacağıq.

- Komandamız oktyabrın 22-27-də Bakıda keçiriləcək qrup oyunlarına necə hazırlaşacaq? Neçə yoldaşlıq oyunun keçirilməsi planlaşdırılır?

- Təlim-məşq toplanışları ilə bağlı danışıqlar gedir. FIFA-nın qrafikinə uyğun olaraq, aprel və avqustda beynəlxalq yoldaşlıq oyunları keçirilir. Federasiyamız da bu istiqamətdə gərgin işlər aparır. Yaxın günlərdə rəqiblərin kimliyi və oyunların vaxtı dəqiqləşəcək və bu haqda saytımız vasitəsilə mətbuata ətraflı məlumat veriləcək. FIFA-nın təqdim etdiyi həmin “pəncərədən” daha səmərəli istifadə etməyə çalışacağıq. Millimizin, həmçinin Rusiyada beynəlxalq turnirdə qüvvəsini sınaması gözlənilir.

- Yığmanın heyətini gücləndirmək üçün hansı addımların atılması nəzərdə tutulub?

- Artıq 4-5 yeni gənc futzalçı komandaya dəvət olunub. Onlar ilk təlim-məşq toplanışında da iştirak edəcəklər. U-19 millimizin baş məşqçisi ilə görüşmüşəm və perspektivli futzalçıların əsas yığmaya cəlb olunmasına qərar vermişik. Bu, futzalçıların təcrübəsinin artırılmasına və oyun praktikasının güclənməsinə yönəlib. Həmin futzalçılar əsas milli ilə birlikdə təlim-məşq toplanışına qatılacaq və oyunlarda iştirak edəcəklər.

- Gələn il 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası ilk dəfə keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsində iştirak edəcək. Bu komandanın yaradılması həm də yeni futzalçı nəslinin yetişməsinə təkan verəcəkmi?

- Təbii ki, birbaşa. Biz ümidlərimizi də U-19-a bağlayırıq. Artıq cavan futzalçılar yetişir. Komanda ilə bağlı ümidlərimiz çoxdur. Hamısı olmasa da, 4-5 futzalçı hazırlayıb onu əsas komandanın oyunçusuna çevirə bilərik. Bu bizim üçün müsbət hal olar. Yeri gəlmişkən, bu komanda futzal üzrə ölkə çempionatının Birinci Liqasında çıxış edir. İstəyirik gənc futzalçılar daim oyunlarda iştirak etsinlər və təcrübə toplasınlar. Ötən ay isə onlar Tbilisidə Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyunu keçirdi.

- Ölkə çempionatının Yüksək Liqasında ikinci dövrə başa çatıb. Bu dəfə alışdığımız mənzərəni görə bilmədik, EKOL “qış çempionu” oldu. Deyəsən, mübarizə qızışır...

- Xüsusi vurğulamaq istərdim ki, mövsümün ikinci hissəsi Azərbaycan çempionatının son illər ən qızğın və ən maraqlı yarışı olacaqdır. Komandalar arasında xalq fərqi də azdır. Hər oyun komandaları çempionluğa daha da yaxınlaşdırır. İkinci yarıda bizi daha gözəl və baxımlı oyunlar gözləyir.

- Bu mövsümdə iki bölgə komandası – “Liman” və “Xəzər Cənub” çempionatda iştirak edir. Bölgələrdə futzalı inkişaf etdirmək üçün AFFA rəhbərliyi ilə birgə plan hazırlamağı düşünürsünüzmü?

- Neçə illərdir bu istiqamətdə işlər gedir. Düzdür, bölgələrdə müxtəlif futzal yarışları təşkil olunur. Bölgə komandalarının ölkə çempionatında iştirakı bizim üçün çox önəmlidir. Bu yöndə AFFA ilə birgə sıx əməkdaşlıq edir və işlərimizi davam etdiririk.

- Birinci və İkinci liqalarla bağlı vəziyyət necədir?

- Həmin yarışlar təqvimə uyğun olaraq davam edir. Bu yarışların azarkeşləri Yüksək Liqa ilə müqayisədə daha çoxdur. Oyunlar çox maraqlı keçir. Federasiya nümayəndələri də mütəmadi olaraq bu yarışlara baş çəkir və oyunları izləyir. Ölkəmizdə futzala maraq çox böyükdür. Bu da ölkəmizdə aparılan uğurlu idman siyasətinin nəticəsidir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmançıların yanında olub, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır.

- Yayda federasiyanın strukturunda dəyişikliklər edildi, eyni zamanda, rəsmi sayt yaradıldı və KİV federasiya ilə bağlı baş verən yeniliklərlə mütəmadi məlumatlandırılır. Azərbaycan Futzal Federasiyasının gələcək planları və perspektivləri barədə nə deyə bilərsiz?

- Əsas məqsədimiz bölgələrdə yeni futzal klublarını yaratmaqdır. Çempionat oyunlarının təkcə Bakıda deyil, bölgələrdə də təşkil olunmasını istəyirik. Bu istiqamətdə işlər aparılır. Federasiya əsas diqqəti yeniyetmə futzalçıların yetişdirilməsinə yönəldib. Hazırda UEFA tərəfindən də futzala böyük diqqət göstərilir. Həmçinin futzalda təkmilləşdirilmə işləri aparılır. U-21 komandasının yaradılmasını planlaşdırırıq. Azərbaycanda futzalın inkişafı istiqamətində cəhdlərimizi əsirgəmirik. Çox istərdim ki, qısa müddətdə ölkə futzalı beynəlxalq arenada əvvəlki uğurlarını təkrarlayıb azarkeşləri sevindirsin.

Futzal ictimaiyyəti adından xalqımızı 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm.

скачать dle 10.4 UTF-8Forex для начинающих

28-12-2018
474
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
4-07-2020
Futzal üzrə Avropa Çempionatının planları açıqlandı
Futzal üzrə Avropa Çempionatının planları açıqlandı
17-06-2020
UEFA futzal yarışları ilə bağlı qərar verdi -
UEFA futzal yarışları ilə bağlı qərar verdi - Avropa Çempionatı gələn il baş tutacaq
22-01-2020
Millimizi məğlub edən Əhmədov:
Millimizi məğlub edən Əhmədov: "Qələbə qazanmağımızda əsas faktor..."
21-11-2019
"Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır" - Zaur Axundov
29-10-2019
“DÇ-2016-dakı uğurumuzu təkrarlamaq istəyirik” -
“DÇ-2016-dakı uğurumuzu təkrarlamaq istəyirik” - Zaur Axundov
22-05-2019
Yığmamızın baş məşqçisi:
Yığmamızın baş məşqçisi: “Limit tətbiq edilməsinin tərəfdarıyam”
25-12-2018
Xətai Bağırov 4 oyun
Xətai Bağırov 4 oyun "dincələcək"
18-12-2018
"Hicran"ın baş məşqçisinə ağır cəza
30-11-2018
Elxan Məmmədovun təyin etdiyi kadr dünya çempionatının püşkatmasında
Elxan Məmmədovun təyin etdiyi kadr dünya çempionatının püşkatmasında
27-11-2018
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı -
Klub rəhbəri rəqibi təhqir etdi, 5 oyunluq cəzalandı - Azərbaycanda
13-11-2018
Rövşən Hüseynli cəzalandı
Rövşən Hüseynli cəzalandı
2-08-2018
"Çempionlar Liqasında çətin olacaq" - Joze Alesio da Silva
16-11-2017
Joze Alesio Da Silva:
Joze Alesio Da Silva:"“Xəmsə”nin heyətində belə, bəyəndiyim futzalçı oldu"
11-10-2017
Alesio da Silva: “Turnirə 100 faiz hazır olduğunu iddia edə bilmərəm
Alesio da Silva: “Turnirə 100 faiz hazır olduğunu iddia edə bilmərəm"
2-10-2017
Fərid Ələkbərov:“Futzal oynadığım vaxtdan bəri bəlkə də ən maraqlı çempionat keçiriləcək”
Fərid Ələkbərov:“Futzal oynadığım vaxtdan bəri bəlkə də ən maraqlı çempionat keçiriləcək”
  Xəbər Lenti
Yığmamız Avropa çempionatına hazırlaşır 13.04.2021, 22:30
“Qətiyyən arxayınlaşmaq olmaz” - Joze Alesio Da Silva 13.04.2021, 21:20
"Zaqatala" 2-1 MOİK - VİDEO 13.04.2021, 21:16
Roma azarkeş problemini həll etdi - AVRO-2020 13.04.2021, 21:13
Məşhur futbolçu karyerasını bərpa etdi - 40 yaşında 13.04.2021, 20:56
Millimizin oyunu ukraynalı hakimlərə tapşırıldı - Avropa çempionatı 13.04.2021, 20:45
Boksçularımızın ilk rəqibləri bilindi - Dünya birinciliyi 13.04.2021, 19:38
Azarkeşlərə "yaşıl işıq" - FIDE 13.04.2021, 18:42
Divizionda lider yenidən dəyişdi 13.04.2021, 18:35
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
Dünən, 12:30
"Gücümüzü sözdə yox, meydanda deməliyik" - Millimizin oyunçusu
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb