Lənkəranın komandası çempionatda oynayacaq -Yenilik
Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
Sportfm.az xəbər verir ki, toplantıda Yüksək Liqanın 2021-2022-ci il mövsümünə hazırlıq işləri müzakirə olunub.
Yeni mövsümdə 8 komandanın iştirak edəcəyi qərara alınıb. Onlardan 5-i ötən çempionatda da gücünü sınayıb. Daha 2 klub isə debütantdır və biri – “Alyans” FK Lənkəranı təmsil edir. Federasiya gənc futzalçıların inkişafı və təcrübə toplaması, eləcə də qarşıdan gələn Avropa çempionatına daha yaxşı hazırlaşması məqsədi ilə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin də Yüksək Liqada iştirakına icazə verib. Beləliklə, Yüksək Liqanın 2021-2022-ci il mövsümündə bu komandalar iştirak edəcək: “Araz-Naxçıvan”, “Neftçi” İK, EKOL, “Rekord club az”, “Alyans” FK (Lənkəran), “Baku Fire”, “Xilə” və U-19.
Qeyd edək ki, çempionat 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. İlk 4 pillədə yer alacaq komandalar (1-4, 2-3) qalibi müəyyənləşdirəcəklər. Yeni mövsümə sentyabrda start veriləcək.
Oxşar xəbərlər
Püşkatmanın vaxtı məlum oldu Yüksək Liqa
“Neftçi” seminarda iştirak etdi - Yüksək Liqa
Yeni mövsümün püşkü atıldı - Azərbaycan çempionatı
Yüksək Liqada yeni mövsüm başlayır - Sentyabrın 24-də
Yüksək Liqada mövsüm başlayır - Tarix bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı













Misli Premyer Liqası