reklam
Azərbaycan yığmasının daha bir üzvü dopinq testdə
Sportfm.az xəbər saytı

Azərbaycan yığmasının daha bir üzvü dopinq testdə "ilişdi"


Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən keçirilmiş növbəti dopinq sınağından sonra 2012-ci ilin London Olimpiadasında Azərbaycanı təmsil etmiş bürünc mükafatçı Valentin Xristovu və London Olimpiadasının çempionu, ukraynalı Aleksey Toroxtini oyunlardan müvəqqəti kənarlaşdırıb. 

Sportfm.az xəbər verir ki, bu barədə IWF-in rəsmi saytında bildirilir. 

London Olimpiadası ağırlıqqaldıranlarının sınaqlarının təkrar analizindən sonra onlarda qadağan edilmiş deqidroxlormetiltestosteron maddəsi aşkar edilib. 

Toroxti Londonda 105 kq-a qədər çəki kateqoriyasında qalib gəlib, Xristov isə 56 kq-a qədər çəki kateqoriyasında üçüncü olub. 

Bundan başqa, IWF Özbəkistanın nümayəndəsi, Londonda 105 kq-a qədər çəkidə dördüncü yeri tutmuş Ruslan Nurudinovu da kənarlaşdırıb. 

Yenidən sınaq yoxlamasından sonra onda da deqidroxlormetiltestosteron və stanozolol aşkarlanıb. Nurudinov Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarının çempionudur və 2013-cü ildə keçirilmiş dünya çempionatının qalibidir. 

Həmçinin Avropanın ikiqat çempionu Meline Daluzyan (Ermənistan) və belaruslu Nikolay Novikov da oyunlardan kənarlaşdırılıb.

Oxşar xəbərlər

Azərbaycanlı idmançı olimpiya medalından məhrum edildi
Azərbaycanın Olimpiya mükafatçısı oyunlardan kənarlaşdırıldı
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib
Dünya çempionumuzda dopinq aşkarlandı
Daha bir ağırlıqqaldıranımızda dopinq tapıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər