Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı idmançı olimpiya medalından məhrum edildi
Azərbaycanı təmsil edən ağırlıqqaldıran Valentin Xristov 2012-ci ildə London olimpiadasında qazandığı bürünc medaldan məhrum edilib.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin İntizam Komissiyası Xristovun olimpiada vaxtı antidopinq qaydalarını pozduğunu ortaya çıxarıb. Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Bununla da, bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.
Xristovun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın həmin yarışda 4-cü olmuş Tran Le Kuok Toana (Vyetnam) verilməsi qərara alınıb.
Oxşar xəbərlər
Azərbaycanlı olimpiya çempionunun qızıl medalı əlindən alındı - 8 il diskvalifikasiya
Toğrul Əsgərov Olimpiya çempionu adından məhrum edilə bilər
Dünya çempionumuzda dopinq aşkarlandı
Rusiyanın yüngül atletika yığması olimpiadanın qızıl medalından məhrum edilib
Daha bir ağırlıqqaldıranımızda dopinq tapıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası