Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Messi: "Yeni həyata başlamaq üçün saçlarımı boyadım"
Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi şəxsi həyatı ilə bağlı bir neçə maraqlı açıqlama verib. Sportfm.az xəbər verir ki, ulduz futbolçu saçını sarı rəngə boyaması haqqında danışıb. Messi saçlarını boyamasını ağır günlər keçirməsi ilə əlaqələndirib: "Bir müddət öncə ağır günlər keçirirdim. Düşündüm ki, mən yeni həyata başlamalıyam. Fərqlilik istəyirdim və ona görə də saçlarımı sarı rəngə boyadım".
Hücumçu oğlu Tiaqo haqqında danışıb. Leo oğlunun da futbolla maraqlanmadığını bəyan edib: "Oğluma futbol topları hədiyyə etməməyə çalışıram. Tiaqonun futbola böyük marağı yoxdur. Gələcəkdə hansı peşənin sahibi olacağına isə baxacağıq".
Argentinalı ulduz milliyə qayıtması haqqında da danışıb: "İnsan fırtına bitdikdən sonra sakit düşünməyə başlayır. Geri dönmək və Argentina ilə xəyalım üçün savaşmaq doğru qərar idi".
Oxşar xəbərlər
Lionel Messi millinin oyununda zədələndi
Messi "Barselona"dan ayrılır?
Suares Messi və Neymarın təklifini rədd edib
Maradona: "Messi lider olmaq istəmir"
Messi Argentina millisindən getdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası