reklam
Messi
Sportfm.az xəbər saytı

Messi "Barselona"dan ayrılır?


"Barselona"nın əsas futbolçularından olan Lionel Messi komandadan ayrıla bilər. Sportfm.az xəbər verir ki, argentinalı hücumçu 2018-ci ildə Kataloniya klubunu tərk edə bilər. 2018-ci ilin yayında La Liqa klubu ilə müqaviləsi başa çatacaq olan ulduz futbolçu yeni sözləşmə ilə bağlı rəhbərliklə razılıq əldə etməyib.
İspaniyanın "Marca" qəzetinin yaydığı məlumata görə 29 yaşlı hücumçu komandası ilə yeni müqavilə imzalamamaqla bağlı qərar qəbul edib. O, bu qərarını "Barselona"nın prezidenti Xosep Maria Bartomeuya da bildirib. Bartomeu yeni müqaviləylə bağlı Leoya 2 dəfə düşünmək üçün vaxt verib. Əgər razılıq əldə olunmasa Messi 2018/2019-cu il mövsümündən etibarən başqa klubun formasını geyinə bilər. 
13 yaşından "Barselona"da çıxış edən Messi 17 yaşında əsas komandada debüt edib. Messi bu zaman ərzində 7 La Liqa çempionluğu, 4 Çempionlar Liqası, 6 dəfə isə İspaniya "Kral Kuboku"nu qazanıb.

Oxşar xəbərlər

Messi "Barselona"da qalır - 5 illik müqavilə imzalanır
Messi elə bir şərt qoydu ki...
“Barselona”nın prezidenti Messinin getməyinə münasibət bildirdi
Messi "Barselona" ilə müqaviləsini ləğv edə bilər
Messi "Barselona"da qalır - 700 milyon avroya

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər