reklam
Hemilton “BBC Sport”un versiyasında ikinci yeri tutdu
Sportfm.az xəbər saytı

Hemilton “BBC Sport”un versiyasında ikinci yeri tutdu


“Formula 1” üzrə 2018-ci il dünya çempionatının qalibi Lüis Hemilton Böyük Britaniyada ilin ən yaxşı idmançısı nominasiyasında ikinci yeri tutub.

Sportfm.az xəbər verir ki, 33 yaşlı pilot “BBC Sport”un sorğusunda velosipedçi Qeraynt Tomasdan geri qalıb. Üçüncü yeri isə İngiltərə millisinin futbolçusu Harri Keyn tutub.

L.Hemilton 2018-ci il Azərbaycan Qran-prisinin də qalibi olub.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran-prisi aprelin 26-28-də baş tutacaq.

Oxşar xəbərlər

Britaniya Qran-prisinin qalibi Hemilton oldu
Hemilton Rusiya Qran-prisinin qalibi oldu
Ferstappen simulyatorda rekorda imza atdı
Azərbaycan Qran Prisi mövsümün ən yaxşı yarışı seçildi
Hemilton Formula-1 İspaniya Qran-Prisində qalib oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər