reklam
“Baku Open”də 6-cı tur geridə qaldı
Sportfm.az xəbər saytı

“Baku Open”də 6-cı tur geridə qaldı


“Baku Open” beynəlxalq şahmat turnirinin altıncı turuna yekun vurulub.

Sportfm.az xəbər verir ki, altı turun yekununda 6 mümkün xaldan 5,5 xal qazanan Eltac Səfərli liderliyini davam etdirir. E.Səfərlinin altıncı turda Qədir Hüseynovla oyunu heç-heçə başa çatıb. Qədir Hüseynovun aktivində 5 xal var.

Noyabrın 24-də start götürən və İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 şahmatçı mübarizə aparır. İştirakçılardan 16-sı qrossmeysterdir.

Turnirə dekabrın 2-də yekun vurulacaq.

Oxşar xəbərlər

Eltac Səfərli ilk üçlükdən yarım xal geridə
“Baku Оpen 2019” beynəlxalq şahmat festivalına start verildi
"Baku Open" turnirinin qalibi məlum oldu
"Baku Open-2017" şahmat festivalında qalib müəyyənləşdi
“Baku Open-2017” beynəlxalq şahmat festivalının qalibi məlumdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər