reklam
Sportfm.az xəbər saytı

"Baku Open-2017" şahmat festivalında qalib müəyyənləşdi


Azərbaycan qrossmeysteri Nicat Abbasov 9-cu "Baku Open-2017" beynəlxalq şahmat festivalının qalibi olub.

Sportfm.az xəbər verir ki, bu dəfə tədbir Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümünə həsr edilib. Yarışda 9 mümkün xaldan 7,5 xal toplayan Nicat Abbasov finala bir tur qalmış liderliyi ələ alıb. Son partiyada o, belaruslu Aleksey Aleksandrov ilə heç-heçə oynayıb.

Uşaqların turnirində Elcan Əbdülkərimli 9 oyundan 8 xal toplayıb. "Baku Open-2017" şahmat festivalı iki qrupda - açıq və uşaq kateqoriyası üzrə keçirilib. Turnirdə Azərbaycan, Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Rusiya və Ukraynadan 150-dən artıq şahmatçı iştirak edib.

Yarışların baş hakimi FIDE-nin beynəlxalq dərəcəli hakimi Nurəli Məmmədzadə olub.

Oxşar xəbərlər

“Baku Open 2024”-ün mükafat fondu açıqlandı - 50 000 dollar
“Bakı Open-2018” turnirlərinin tarixləri məlum oldu
Abbasov şahmat festivalının vitse-çempionudur - FOTO
“Baku Open-2017” beynəlxalq şahmat festivalının qalibi məlumdur
100-dən çox şahmatçı Bakıda toplaşacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər