Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Baku Оpen 2019” beynəlxalq şahmat festivalına start verildi
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə sentyabrın 20-də onuncu “Baku Оpen 2019” beynəlxalq şahmat festivalına start verilib.
Sportfm.az xəbər verir ki, sentyabrın 28-dək davam edəcək festivalda İrandan 9, Rusiya və İspaniyanın hər birindən 2, Ukrayna, Vyetnam, Özbəkistan, İordaniya, Almaniya və ABŞ-dan 1 şahmatçı iştirak edir. Ölkəmiz festivala 208 şahmatçı ilə qatılıb.
Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilir.
Festivalın uşaq turniri isə Respublika Şahmat Mərkəzində təşkil olunur. Bu turnirdə 8-10 yaşlı yüzədək şahmatçı mübarizə aparır.
Oxşar xəbərlər
“Baku Оpen 2019” beynəlxalq şahmat festivalı keçiriləcək
“Şahmat ulduzları”nın qalibləri müəyyənləşdi - FOTO
Birinci dərəcə uğrunda şahmat yarışlarına start verildi - FOTO
“Bakı Open-2018” turnirlərinin tarixləri məlum oldu
Fuad Cəfərov Memorialının Masters turnirində 22 şahmatçı iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası