
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Güləşçilərimiz Yaponiyada təlim-məşq toplanışına başladı
Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandası Yaponiyanın Komatsu şəhərində təlim-məşq toplanışına başlayıb.
Sportfm.az xəbər verir ki, millimiz yerli komanda ilə birgə məşq edir. Məşqçilər Arif Abdullayevin və Nazim Əlicanovun rəhbərliyi ilə keçən təlim-məşq toplanışına İslam Bazarqanov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov, Əşrəf Aşurov (hər ikisi 70 kq), İsmayıl Abdullayev (74 kq), Rəşad Yusifli (79 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) qatılıblar.
Gənc sərbəst güləşçilərimizin Yaponiyadakı hazırlığı iyulun 17-dək davam edəcək.
Oxşar xəbərlər
Yığmamız Kölndə təlim-məşq toplanışına başladı
Güləşçilərimiz Minskdə təlim-məşq toplanışına başladı
Millimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir
9 güləşçimiz Avropa çempionatında iştirak edəcək
Güləşçilərimiz İranda güclərini sınayacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin