Güləşçilərimiz Kadırovun xatirə turnirində qüvvələrini sınayacaqlar
Bu gün Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə “Əhməd Kadırov” turniri start götürəcək.
Sportfm.az xəbər verir ki, ikigünlük ənənəvi yarışda ölkəmizi İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslümov (hər ikisi 70 kq), Abubakr Abakarov, Hacımurad Hacıyev (hər ikisi 74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Aslanbek Alborov (125 kq) təmsil edəcəklər.
Güləşçilər yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynovun və məşqçi Sadruddin Ayqubovun rəhbərliyi ilə mübarizə aparacaqlar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək
Oxşar xəbərlər
Güləşçilərimiz Çeçenistanda bürünc medal qazandı - FOTO
Güləşçilərimiz “Continental Cup” turnirində iştirak edəcəklər
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Güləşçilərimiz Rusiyada keçirilən beynəlxalq turnirin finalına yüksəldi
Güləşçilərimiz Dağıstanda mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası