reklam
Güləşçilərimiz Dağıstanda mübarizə aparacaq
Sportfm.az xəbər saytı

Güləşçilərimiz Dağıstanda mübarizə aparacaq


Oktyabrın 14-15-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Peru, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna və Belarus idmançılarının iştirakı gözlənilir.

Yığma komandamızın məşqçiləri Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə, Qalib Əliyev (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov, Murtuzəli Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 70 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaqlar.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil edəcəklər.

Oxşar xəbərlər

Güləşçilərimiz Kadırovun xatirə turnirində qüvvələrini sınayacaqlar
Güləşçilərimiz “Continental Cup” turnirində iştirak edəcəklər
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Bu dəfə sərbəst güləşçilərimiz İrana yollanır - Təxti Kubokuna
Sərbəst güləşçilər Qitələrarası Kubok uğrunda yarışacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər