Qətər XİN başçısı:DÇ-2022 Qərbin ərəblər barədə fikrini dəyişəcək
2022-ci ildə Qətərdə keçiriləcək Futbol üzrə dünya çempionatı dünya birincilikləri tarixində ən yaxşı yarışma olacaq və bu çempionat Qərbin ərəblər barədə fikrini dəyişəcək.
Qətərin Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd bin Əbdülrəhman Al Tani bu fikri Romada keçirilən “Aralıq dənizi dialoqları” adlı yüksək səviyyəli beynəlxalq konfransda söyləyib.
“Asharq Al-Awsat” informasiya portalı nazirin bu sözlərini sitat gətirir: “Dünya kubokunun Qətərdə təşkil edilməsi Qərbin ərəblər haqqında belə bir fikrini dəyişəcək ki, guya bizim region müharibələr, ekstremizm və münaqişələr regionudur. Ölkəmiz DÇ-2022-ni səbirsizliklə gözləyir. Bu çempionat ərəblər barədə təsəvvürü kökündən dəyişəcək və sülhə çağırış nümunəsi olacaq”.
Nazir daha sonra bildirib ki, Qətər “Səudiyyə Ərəbistanı xalqını və bu ölkənin rəhbərliyini” dünya futbol turnirində görməyə şad olacaq. O deyib: “Biz bu çempionatın bütün tarixi ərzində onun ən yaxşı təşkilini təmin edəcəyik”.
Qətər futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ilk Yaxın Şərq ölkəsi olacaq. 2022-ci ildə bu turnir tarixdə ilk dəfə qış fəslində - noyabrın 21-dən dekabrın 18-dək Qətərin yeddi şəhərində - Doha, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamal şəhərlərində keçiriləcək.
Oxşar xəbərlər
DÇ-2022 üçün daha bir stadionun açılışı oldu - Qətərdə
FIFA yeni turnir təsis etdi - 22 yığma iştirak edəcək
3 yeni stadion istifadəyə veriləcək
Qətərdəki dünya çempionatının bəzi oyunları qonşu ölkələrdə təşkil oluna bilər
Doha dünya çempionatına ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası