"Mən "Turan"a hər cür köməklik edəcəm" -İcra başçısı söz verdi
Tovuzun İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, nəhayət ki, «Turan» rəhbərliyi ilə bir araya gəlib.
Sportfm.az xəbər verir ki, görüşdə klubun I Diviziondakı çıxışı və ümumi vəziyyəti geniş müzakirə olunub.
Rayonun birinci şəxsi postuna təyinat alandan sonra tez-tez yolunu stadiondan salan M.Məmmədova «Turan»ın problemləri barədə məlumatlar verilib. Bildirilib ki, klub maliyyə cəhətdən birbaşa AFFA-dan asılıdı, başqa gəlir mənbəyi yoxdu. Maddi çatışmazlıqlar həmçinin arenada ciddi təmir-yenidənqurma aparmağa əngəl yaradır.
İcra başçısı «Turan»ın inkişafını istədiyini, bu istiqamətdə müəyyən işlər görəcəyini və hazırda tədbirlər planı üzərində çalışmaların olduğunu söyləyib: «Mən Tovuzun fəxri olan kluba hər cür köməklik edəcəm».(sportinfo.az)
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
"Neftçi" "Qarabağ"la Lökbatanda qarşılaşacaq
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-16 Liqası: «Keşlə» autsayderə qalib gələ bilmədi
U-16 Liqası: 18-ci turda 3 gözlənilməz nəticə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası