Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azad Rəhimov nazirlərlə görüşdü -FOTO
Gənclər və idman naziri Azad Rəhimov Bakıda bir neçə ölkənin idman nazirləri ilə görüşüb.
Sportfm.az xəbər verir ki, nazir Polşanın idman və turizm naziri Vitold Banka, eləcə də Bolqarıstanın idman naziri Krasen Kralevi ilə bir araya gəlib.
A.Rəhimov eyni zamanda Afrika İttifaqı Sosial münasibətlər komissarı Amira El Fadillə də görüşüb.
Nazir Azərbaycanda aparılan idman siyasəti, bu sahədə görülən işlər, keçirilən və keçirilməsi nəzərdə tutulan mötəbər idman tədbirlər, idman yarışlarının yeni kadr potensialının yetişməsindəki önəmi, müxtəlif ölkələrlə təcrübə mübadilələrinin aparılması, ölkədə fəaliyyət göstərən idman qurğuları və digər mühüm məqamlar haqda danışıb.
Tərəflər Azərbaycanda uğurlu idman menecmenti, idman qurğularının peşəkar səviyyədə işlədilməsi, dopinqlə mübarizə sahəsində əldə olunan müsbət nəticələr, qaçqın və məcburi köçkün gənclərin idmana daha yaxından cəlb edilməsində Azərbaycanın qazandığı uğurlardan danışıb, təcrübə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Qeyd edək ki, A.Rəhimov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tamaş Ayan, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsla da görüşüb.
Oxşar xəbərlər
Azad Rəhimov Parisdə - FOTO
Azad Rəhimov EOC-un Baş Assambleyasında çıxış etdi - FOTO
Nazir bu il Azərbaycanın ev sahibliyi edəcəyi yarışlardan danışdı
Azərbaycanın gənclər və idman naziri Birləşmiş Ərəb Əmirliklərində bir sıra görüşlər keçirib
Azad Rəhimov bir qrup mütəxəssisi təltif etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası













Misli Premyer Liqası