reklam
FİFA daha bir Türkiyə klubunu cəzalandırdı
Sportfm.az xəbər saytı

FİFA daha bir Türkiyə klubunu cəzalandırdı


FİFA Türkiyənin "Kayserispor” klubundan sonra daha bir komandanı cəzalandırıb.
Sportfm.az xəbər verir ki, qurum Super Liqa təmsilçisi "Bursaspor”a transfer qadağası qoyub. Bursa təmsilçisi buna görə qış transfer pəncərəsində yeni futbolçu ala bilməyəcək.
Buna, ötən mövsüm "Bursaspor"u çalışdırmış fransız mütəxəssis Pol Le Quenin məvacib kimi alacağı 240 min avronun vaxtında ödənməməsi səbəb göstərilib.
Bir neçə gün əvvəl digər Super Liqa təmsilçisi "Kaysersipor”a, 2015/16 mövsümündə İspaniya "Malaqa"sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə 150 min avronun vaxtında ödənməməsi səbəbindən transfer qadağası gəlmişdi. 

Oxşar xəbərlər

"Qalatasaray"a transfer qadağası - FİFA
FİFA "Bursaspor"u cəzalandırdı - Namikə görə
Türkiyə klubuna transfer qadağası - Borc səbəbindən
Türkiyə klublarının qadağası ləğv olundu
FİFA 22 yaşlı futbolçuya görə Super Liqa klubunu cəzalandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər