“Təəssüflər olsun ki, belə idmançını əldən buraxmısınız”...ÖZƏL
Ölkəmiz olimpiadalarda yer tutmaq, uğur qazanmaq üçün legioner idmançı və məşqçiləri yığmamıza cəlb edir, böyük pullar xərcləyir. Lakin, dünyada bir çox ölkələr yalnız özlərini dünyaya tanıtmaq məqsədilə Olimpiya oyunlarında iştirak edirlər. Belə ölkələrdən biri son illər iqtisadi cəhətdən böyük sıçrayışa nail olan Sinqapurdur. Bu şəhər-dövlətə səfərim zamanı məni müşaiyət edən Sinqapur Olimpiya komitəsinin üzvü, ölkənin idman səfiri Jame Sin Gohunla söhbət zamanı məlum oldu ki, o Rio-2016-da azərbaycanlı idmançıların iştirakı ilə keçirilən bir çox görüşü izləyib.
-Braziliyada bir çox idman növləri üzrə yarışları seyr etdim. Düzdür bizim idmançılar(Sinqapur olimpiya yığmasının üzvləri) çox az sayda idman növündə təmsil olunurdu. Mənə Yay Olimpiya oyunları kimi mötəbər turnirdə İran və Azərbaycan pəhləvanlarını güləş döşəyində izləmək hər zaman nəsib olmur. Bu dəfə belə şansı əldən vermədim.
- Bizim idmançılarımız gözlədiyiniz performansı sərgiləyə bildimi?
-Bu idman növündə qızıl medal qazanılmayıbsa, bu uğursuzluqdur. Çünki sizin güləş məktəbiniz dünyada ən yaxşılardan biri hesab edilir. Özüdə finalda məğlub olan idmançınız(A.Ə. Xetaq Qazyumovu nəzərdə tutur) azərbaycanlı deyildi. Gənc güləşçiyə məğlub olması isə lap gözlənilməz oldu.
-Xetaq Qazyumov milliləşdirilmiş idmançıdır, uzun illərdir yığmamızın şərəfini qoruyur.
-Bu mənə çox qəribə gəlir!
-Niyə?
-Çünki Azərbaycanda əsas idman növü güləş sayılır. Sizin böyük güləş ənənələriniz mövcuddur. Güclü mütəxəssislərin çalışdığı məktəbləriniz fəaliyyət göstərir. Belə olan təqdirdə, xaricdən idmançı dəvət etmək biraz absurd görünür. Axı legioner mütləq hansısa istedadlı gəncin yerini tutur, onun inkişafının qarşısını alır. Hələ iranlıların Azərbaycan adından çıxış etməsini gördükdə, həqiqətən şoka düşdüm. İran nədən öz yaxşı güləşçisini başqa bir dövlətə versin?
-Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovun Rio-2106-da Qazaxıstan adına qızıl medal qazanaraq, dünya rekordunu yeniləməsini unutmusunuz deyəsən?
-Həə...,bilirəm(gülümsəyir). Onun haqqında oxumuşdum. O, özü Azərbaycanı tərk edib. Millinin məşqçiləri ilə problem yaşayıb deyəsən..Təəssüflər olsun ki, belə idmançını əldən buraxmısınız.
-Bizim idmançılarımızı ancaq güləş yarışında izlədiniz?
-Sinqapurlu atletlərin çıxış etdiyi üzgüçülük və tennis yarışlarında Azərbaycan təmsil olunmurdu(A.Ə. Səhvə yol verir. Bu idman növündə iki idmançımız mübarizə aparıb). Son zamanlar bizdə bu sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Sinqapurda Avstraliyanın və Çinin bu sahədə olan praktikasından geniş istifadə edirik. Bildiyiniz kimi Olimpiya oyunlarında ilk qızıl medalımızı məhz bu növdə əldə etdik.
Söhbətləşdi: Araz Əhmədov
Bakı-Sinqapur-Bakı

Oxşar xəbərlər
Firdovsi Umudov etiraz edən idmançılara sərt cavab verdi
Güləş yığmamızın üzvləri jurnalistlərə qalib gəldi
Güləşçimizi məğlub edən Olimpiya çempionu yer şumlayır - VİDEO
Rio-2016: Sərbəst güləşçilərimiz komanda hesabında birinci oldu - FOTO
XXXI Yay Olimpiya Oyunları başa çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası