Dörd idmançımız ABŞ-da dünya çempionu oldu -FOTO
ABŞ-ın Orlando şəhərində keçirilən WPC versiyası üzrə pauerliftinq üzrə dünya çempionatında daha dörd idmançımız qızıl medal qazanıb.
Sportfm.az xəbər verir ki, Hafiz Verdiyev (100 kq) Classic RAW növündə öz çəki dərəcəsində çempion olmaqla yanaşı, dünya çempionatının mütləq çempionu adını qazanıb.
Rövşən Xəlilov (75 kq) isə öz çəki dərəcəsində Full Powerlifting (Üç hərəkətin cəmi) və Deadlift (Ağırlığı yerdən qaldırma) növlərində çempion olmaqla, iki qızıl medala yiyələnib. Mingəçevir təmsilçisi bununla da dördüncü dəfə dünya çempionu olub.
Qeyd edək ki, digər qızıl medal qazanan idmançılarımız Pərvin Quliyev, Zaur Cəfərov, eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının leytenantı Famil Məhərrəmov aktivlərinə qızıl medal yazdıra bilib. ABŞ-da iştirak etmiş digər idmançımız Vuqar Namazov isə dünya çempionatında çox ciddi zədə alaraq, yarışı yarımçıq qoymalı olub.
Oxşar xəbərlər
Dünya Kubokunda 1 qızıl, 1 gümüş medal - UĞUR
Sumoçumuz qızıl medal qazandı - Dünya çempionatı
Paralimpiyaçılarımız Avropa çempionatında daha iki medal qazandı - FOTO
İdmançımız dünya çempionu oldu
İdmançımız yeni dünya rekordu müəyyənləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası