reklam
Anelka uşaqlarla işləyəcək
Sportfm.az xəbər saytı

Anelka uşaqlarla işləyəcək


Fransa millisinin sabiq futbolçusu Nikola Anelka məşqçiliyə başlayıb. 

Sportfm.az xəbər verir ki, 39 yaşlı keçmiş hücumçu Fransanın “Lill” klubunda işləyəcək. O, bu klubun aşağı yaş qrupu üzrə komandalarında hücumçu məşqçisi kimi fəailiyət göstərəcək. Bu barədə klubdan rəsmi açıqlama verilib: 

“Lill” klubu olaraq Anelka ilə anlaşdığımız üçün çox qürurluyuq. Təcrübəsi ilə gənc futbolçulara kömək edəcəyinə əminik”. 

Anelka futbolçu kayrerasını 2016-cı ildə bitirib. O, futbolçu karyerası ərzində “Arsenal”, “Real”, PSJ, “Çelsi”, “Mançester Siti”, “Fənərbaxça” kimi klublarda forma geyinib.

 

Oxşar xəbərlər

Anelka idman direktoru oldu - 42 yaşında
Super Liqa klubu 3 futbolçu transfer etdi - RƏSMİ
"Tuluza"nın futbolçusu "Sivasspor"da - Transfer
Məhşur futbolçu karyerasını bitirdi
Zlatan İbrahimoviç UEFA Çempionlar Liqasının tarixinə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər