Zlatan İbrahimoviç UEFA Çempionlar Liqasının tarixinə düşdü
İsveçli ulduz futbolçu Zlatan İbrahimoviç UEFA Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşdirib.
Sportfm.az xəbər verir ki, Z.İbrahimoviç “Mançester Yunayted”in heyətində UEFA Çempionlar Liqasında ilk dəfə meydana çıxmaqla yeni rekorda imza atıb. Belə ki, İngiltərə təmsilçisi onun UEFA Çempionlar Liqasında formasını geydiyi yeddinci klub olub. O, “Bazel”-“Mançester Yunayted” görüşünün 74-cü dəqiqəsindən matçın sonunadək oyunda yer alıb.
İndiyədək “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ ilə Çempionlar Liqasına qatılan İbrahimoviç yeddi klubla bu həyəcanı yaşayan ilk futbolçu ünvanına sahib olub.
Qeyd edək ki, Nikola Anelka və Xavyer Saviola altı klubun heyətində UEFA Çempionlar Liqası həyəcanını yaşayıblar.
Oxşar xəbərlər
İbrahimoviç özü barədə filmi təqdim etdi - I AM ZLATAN
Ən yaxş klubların siyahısı - UEFA açıqladı
Çempionlar Liqasında iki rekorda imza atdı
Neymardan yeni rekord
Zlatan İbrahimoviç “Los-Anceles Qelaksi” klubu ilə müqavilə imzaladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası