reklam
UEFA Çempionlar Liqasında həftənin ən yaxşıları açıqlandı -
Sportfm.az xəbər saytı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşıları açıqlandı -FOTO


UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.

Sportfm.az xəbər verir ki, IV turun matçlarından sonra ən yaxşı oyunçu adına serbiyalı Milan Pavkov (“Srvena Zvezda”, Serbiya), fransalı Kərim Benzema (“Real Madrid”, İspaniya), əlcəzairli Riyad Mahrez (“Mançester Siti”, İngiltərə) və ingiltərəli Harri Keyn (“Tottenhem”, İngiltərə) iddia edir.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar portuqaliyalı Kriştianu Ronaldu (”Yuventus”, İtaliya), Milan Pavkov (“Srvena Zvezda”, Serbiya), ingiltərəli Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə) və brazilyalı Otavio Edmilsonun (“Porto” Portuqaliya) qollarıdır.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək. 

Oxşar xəbərlər

Həftənin ən yaxşı futbolçusu adına namizədlər - Çempionlar Liqası
Həftənin ən yaxşısı adına namizədlər - Çempionlar Liqası
Türkiyə klubunun futbolçusu ən yaxşılar sırasında
“Qızıl top”a namizədlər açıqlandı - SİYAHI
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər