Azərbaycan futzalında daha bir "yenilik" -Yetərsay olmadığına görə oyun dayandırıldı
Futzal üzrə Birinci Liqada VIII turun oyunları keçirilib. İlk oyun günündə ən çox rəqib torunu “Standard” silkələyib. “Sovetski” 21 dəfə topu qapısından çıxarmalı olub.
Sportfm.az xəbər verir ki, digər 3 oyunun qalibi isə ümumilikdə 21 qol vurub. Bu gün keçirilən oyunlardan biri başa çatmayıb. Görüşə 4 futzalçı ilə başlayan “Şərq” komandasının 2 üzvü matçın gedişində zədələnərək, oyunu davam etdirə bilməyib. 22-ci dəqiqədə yetərsay olmadığına görə görüş dayandırılıb. Həmin vaxt ADBTİA 18:1 hesabı ilə qalib gəlirdi. Oyunla bağlı yekun qərarı İntizam Komitəsi verəcək. “Baku Fire” isə “Zəngilan”dan üstün olub və birinci pilləyə yüksəlib. U-19 bu dəfə heç-heçə ilə kifayətlənib. Elə autsayderlərin dueli də məhsuldar heç-heçə ilə başa çatıb.
2 noyabr
Saat 19:00 Ulduz – AZMİU 3:7
Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov
Hakim-inspektor: Murad Məmmədov
Saat 20:00 Metropoliten – Green Log 7:2
Hakimlər: Rahin Heybətov, Hikmət Qafarlı
Hakim-inspektor: Murad Məmmədov
Saat 21:00 Yasamal FK B – Çinar Cəbrayıl 7:2
Hakimlər: Elçin Məmmədov, Fuad Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Saat 22:00 Sovetski FK – Standard 3:21
Hakimlər: Elçin Məmmədov, Fuad Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
3 noyabr
Saat 18:00 Abşeron FK – Füzuli FK 6:6
Hakimlər: Azad Hüseynov, Anar Fərəcov
Hakim-inspektor: Əvəz Şıxıyev
Saat 20:00 Baku Fans – U-19 4:4
Hakimlər: Elçin Səmədli, Kənan Məlikov
Hakim-inspektor: Füzuli Nəcəfov
Saat 21:00 Baku Fire – Zəngilan FK 7:2
Hakimlər: Elçin Səmədli, Kənan Məlikov
Hakim-inspektor: Füzuli Nəcəfov
Oxşar xəbərlər
“Baku Fire” Batumiyə yollandı, oyun təxirə salındı
Elçin Səmədli millimizin qarşılaşmasında
Birinci Liqa, X tur: Təyinatlar
Asim Xudiyev "Sovetski"yə "baxacaq"
"Sovetski" Həsənova "əmanət edildi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası