Çəki dərəcələrinə edilən dəyişikliklər təsdiqləndi
Beynəlxalq Boks Federasiyasının Konqresi (AIBA) Yay Olimpiya Oyunlarında çəki dərəcələrinə edilən dəyişiklikləri təsdiqləyib.
Sportfm.az xəbər verir ki, kişilərin mübarizəsində 49 kq və 60 kq çəkilər ləğv edilib.
Həmçinin 56 kq və 63 kq çəki dərəclərinə dəyişiklik olunub. Beləliklə, boksçular 2020-ci il Tokio Yay Olimpiya Oyunlarından etibarən, səkkiz - 52 kq, 57 kq, 64 kq, 69 kq, 75 kq, 81 kq, 91 kq və +91 kq çəki dərəcələri üzrə yarışacaqlar. Oyunlarda 214 idmançı iştirak edəcək.
Bunadək isə qadınların yarışına 2 çəki dərəcəsi əlavə olunub. Xanım boksçular 51 kq, 60 kq və 75 kq ilə yanaşı, 57və 60 kq çəki dərəcələri üzrə də mübarizə aparacaqlar. Oyunlarda 72 boksçu çıxış edəcək. Həmçinin peşəkar boksçuların da Oyunlarda iştirakına limit tətbiq olunub. İdmançıların təsnifat mərhələsində ən azı 15 peşəkar döyüşü olmalıdır.
Qeyd edək ki, AIBA-nın Konqresi Rusiyanın paytaxtı Moskvada keçirilir və bu gün başa çatacaq.
Oxşar xəbərlər
Boksçularımız Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar
İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək
Süleyman Mikayılov AİBA-nın İcraiyyə Komitəsinə üzv seçildi
Dünya çempionatının keçiriləcəyi şəhər müəyyənləşdi
Tokio 2020-nin təqvimində növbəti dəyişiklik edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası