reklam
Sportfm.az xəbər saytı

"Formula 1" yarışına ilk dəfə ev sahibliyi edəcək


"Formula 1" üzrə dünya çempionatı ilk dəfə Vyetnamda keçiriləcək.

Sportfm.az xəbər verir ki, paytaxt Hanoy 2020-ci il mövsümündə dünyanın ən populyar avtomobil idman yarışını təşkil edəcək.

Hazırkı çempionat 21 mərhələdən ibarətdir. 2018-ci il mövsümünə noyabrın 11-də keçiriləcək Braziliya və ayın 25-də baş tutacaq Abu-Dabi Qran-priləri ilə yekun vurulacaq. Almaniyanın "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hemilton artıq karyerasında 5-ci dəfə dünya çempionluğunu təmin edib.

Qeyd edək ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. Biletlər oktyabrın 16-dan satışa çıxarılıb. 

Oxşar xəbərlər

Sınaq testləri Barselonada təşkil olunacaq - Formula 1
Mövsümün sonuncu yarışı - Formula 1
"Formula 1" üzrə mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşdi
Vyetnam ilk dəfə "Formula 1"-ə ev sahibliyi edəcək
Hemilton yenə qalibdir - Bu dəfə Macarıstan Qran-Prisi fəth edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər