reklam
Cüdoçumuz Böyük Dəbilqə turnirində bürünc medal qazandı
Sportfm.az xəbər saytı

Cüdoçumuz Böyük Dəbilqə turnirində bürünc medal qazandı


Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

Sportfm.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan 25 yaşlı idmançı son təsəlliverici görüşdə yerli cüdoçu Toma Serciunu ipponla məğlub edib. Bu, Mehdiyevin Böyük Dəbilqə turnirlərində ilk medalıdır. 

Qeyd edək ki, Azərbaycanın digər təmsilçilərindən qadın cüdoçu İrina Kindzerska (+78 kq) da bürünc medal uğrunda görüşə çıxacaq. O, çinli Yan Vanqla üz-üzə gələcək. Elmar Qasımov (100 kq) isə qızıl medal uğrunda israilli Piter Palçiklə üz-üzə gələcək.

Oxşar xəbərlər

Cüdoçumuz Bakıdakı “Böyük Dəbilqə” turnirində bürünc qazandı
Cüdoçumuz bürünc medal qazandı - Böyük Dəbilqə
Cüdoçumuz “bürünc” qazandı - Böyük Dəbilqə
Cüdoçumuzdan bürünc medal - Böyük Dəbilqə
Ağayev bürünc medal qazandı - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər