reklam
Avropanın ən yaxşısı seçimində azərbaycanlı jurnalist kimə səs verib?...
Sportfm.az xəbər saytı

Avropanın ən yaxşısı seçimində azərbaycanlı jurnalist kimə səs verib?...ÖZƏL


"Real" Madridin portuqaliyalı forvardı Kriştianu Ronaldu 2015/2016 mövsümündə Avropanın ən yaxşı futbolçusu seçilib. O, UEFA-nın jurnalistlər arasında keçirdiyi sorğunun 3-cü – sonuncu mərhələsində 40 səs toplayaraq rəqiblərini qabaqlayıb. Monakoda keçirilən mərasimdə Ronalduya Avropanın ən yaxşı futbolçusu üçün nəzərdə tutulan mükafat təqdim edilib.
Sorğuda final üçlüyündə yer alan digər futbolçulardan fransalı Antuan Qrizmann 8 səslə 2-ci, uelsli Qaret Beyl isə 7 səslə 3-cü olub.
Avropanın ən yaxşı futbolçusu seçimində Azərbaycanı təmsil edən "CBC Sport”un əməkdaşı Rasim Mövsümzadə tədbirlə bağlı sportfm.az saytına fikirlərini bildirib: "2011-ci ildən UEFA Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirir. Sorğuda Avropanın hər ölkəsindən bir nəfər iştirak edir, tədbirdə Azərbaycanı mən təmsil edirəm. Sorğu üç mərhələdən ibarətdir. Birinci mərhələdə ən çox səs toplayan 10 nəfərin siyahısı açıqlanır. Həmin 10 nəfərin siyahısından 3 nəfər seçilir. Sonra finala yüksələn üç futbolçudan birinə səs veririk. Mən Ronaldoya səs verdim. Ronaldo həm "Real" Madridlə Çempionlar Liqasının qalibi, həmçinin Portuqaliya yığması ilə Avropa çempionu olub. Digər namizədlər ötən mövsüm belə nailiyyətlərə imza atmayıb. Ona görə Ronaldonun qalib gəlməsi gözlənilən idi. Təbii ki, buna baxmayaraq Antuan Qrizmana və Qaret Beylə səs verənlərdə oldu. Səsvermə tam demokratik keçirildi, səs vermənin nəticələrinə şübhə etmək olmaz".
 
Püşkü çəkən UEFA rəsmisi Corco Marketti və Rasim Mövsümzadə 
 

Oxşar xəbərlər

Ronaldo Avropanın ən yaxşısıdır
Avropanın 3 ən yaxşısı
Ronaldu Avropanın ən yaxşı idmançısı seçildi
Ronaldo yenə ən yaxşı futbolçu seçildi
Avropanın ən yaxşı futbolçusu kim olacaq?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər