reklam
Avropanın ən yaxşı futbolçusu kim olacaq?
Sportfm.az xəbər saytı

Avropanın ən yaxşı futbolçusu kim olacaq?


UEFA 2015/16 mövsümü üçün Avropanın ən yaxşı futbolçusu adına layiq olan üç namizədin adını açıqlayıb. Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumunun üzvü olan 55 ölkənin jurnalistləri arasında keçirilən sorğunun nəticəsinə əsasən, ən yaxşı üçlüyə Qaret Beyl ("Real”/Uels), Antuan Qrizmann ("Atletiko”/Fransa) və Kriştiano Ronaldo ("Real”/Portuqaliya) daxil olub. İlk üçlüyə "Barselona"lı Lionel Messi və komanda yoldaşı Luis Suares düşməyib. Messi 24 xalla yalnız dördüncü, Suares isə 29 xalla beşinci ola bilib. Qalibin adı avqustun 25-də Monakoda keçiriləcək mərasimdə açıqlanacaq.

Qeyd edək ki, bunadək həmin mükafatı Lionel Messi (2011, 2015), Andres İnyesta (2012), Frank Riberi (2013) və Kriştiano Ronaldo (2014) qazanıb.

Oxşar xəbərlər

XXI əsrin ən yaxşı futbolçusu - Lionel Messi
21-ci əsrin ən yaxşı futbolçuları - SİYAHI
Lionel Messi dördüncü dəfə “Qızıl buts” aldı
FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb
O, Messi və Ronaldo kimi futbolun zirvəsində olmalıdır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər