Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ronaldo yenə ən yaxşı futbolçu seçildi
"Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo növbəti dəfə mükafata layiq görülüb. Apasport.az saytı xəbər verir ki, məşhur "Marca” və "La Gazetta dello Sport” nəşrlərinin oxucuları portuqaliyalını ötən mövsümün ən yaxşısı hesab ediblər.
Belə ki, 2015-16 mövsümündə Çempionlar Liqasının ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirilib. Sorğunun nəticəsinə görə, hamı birmənalı şəkildə bu ada Ronaldonu layiq görüb. Portuqaliyalı ulduz komanda yoldaşları Luka Modriç, Serxio Ramos və Kazemironu qabaqlayıb. Ötən mövsüm ÇL-də 12 oyun keçirən futbolçu 16 qolla turnirin bombardiri olmuşdu.
Qeyd edək ki, 2015-16 mövsümündə 1:1 hesabı ilə nəticələnən final matçında "Atletiko”nu oyunsonrası penaltilərlə məğlub edən "Real” Çempionlar Liqasının qalibi olmuşdu.
Oxşar xəbərlər
Çempionlar Liqasının 12 ən yaxşı futbolçusu müəyyənləşdi
Ronaldodan tarixi nailiyyət
Xorvatiyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşdi
Ronaldo daha bir mükafat qazandı
Avropanın ən yaxşısı seçimində azərbaycanlı jurnalist kimə səs verib?... ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası