
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Gənc güləşçilərimiz Dünya çempionatında iştirak edəcək - VİDEO
30 avqust - 4 sentyabr 2016-cı il tarixdə Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı keçiriləcək. Sportfm.az xəbər verir ki, şempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edəcək. Çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Böyük məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi Ziyad Zeynalov (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (66 kq), Zubair Dibirov (74 kq), İslam Abbasov (84 kq), Nizami Şəmilob (96 kq) və Həmzətxan İsrafilov (120 kq) təmsil edəcək.
Gənc qızların yarışında 4 güləşçimiz mübarizə aparacaq. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıb. Qızlarımız sentyabrın 1-2-də yarışacaq.
Çempionatın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcək. Heyətdə Əliabbas Rzazadə (50 kq), Əfqan Xaşalov (55 kq), Mahir Əmiraslanov (60 kq), Orxan Abbasov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Qərib Əliyev ölkəmizi təmsil edəcək.
Oxşar xəbərlər
Sərbəst və qadın güləşçilərimiz Kiyevdə sınaqdan keçiriləcək - FOTO
Qeyri-olimpiya çəki dərəcələri üzrə Dünya çempionatı başlayır
Güləşçilərimiz Qitələrərarası Kuboku uğrunda yarışacaq
Sərbəst güləşçilərimiz Dağıstanda
Sərbəst güləşçilər Qitələrarası Kubok uğrunda yarışacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heç kim AFFA ilə çalışmaq istəmir - Həşimov da düşünmək üçün vaxt istədi - EKSKLÜZİV
-
Anatoli Nuriyev əvəzedici komandada çıxış edəcək
-
Qurban Qurbanov Almeyda ilə belə vidalaşdı - FOTO
-
AFFA “Sabah” – “Turan Tovuz” matçının mübahisəli epizodlarını şərh etdi
-
Millimiz Xorvatiyada təlim-məşq toplanışına başladı
-
"Sumqayıt" - "Zirə" oyununun biletləri satışda