reklam
Sərbəst güləşçilər Qitələrarası Kubok uğrunda yarışacaq
Sportfm.az xəbər saytı

Sərbəst güləşçilər Qitələrarası Kubok uğrunda yarışacaq


Oktyabrın 14-16-da Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci "Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək. Sportfm.az güləş federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, turnirdə 15 güləşçimizin iştirakı planlaşdırılır. Məşqçilər Əsgərxan Novruzov və Zəlimxan Hüseynovun rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Qalib Əliyev, Əli Rəhimzadə, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Mahal Novruzov, Pənah İlyaslı, Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Zəlimxan Vəliyev (hamısı 65 kq), Hacımurad Ömərov, Orxan Abbasov (hər ikisi 70 kq), İsmayıl Abdullayev (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (97 kq) və Umar İsrailov (125 kq) mübarizə aparacaq. 
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edəcək.

Oxşar xəbərlər

Güləşçilərimiz Dağıstanda mübarizə aparacaq
Sərbəst və qadın güləşçilərimiz Kiyevdə sınaqdan keçiriləcək - FOTO
"Qızıl Qran Pri" turnirinin final mərhələsində iştirak edəcək heyət
Sərbəst güləşçilərimiz Dağıstanda
Gənc güləşçilərimiz Dünya çempionatında iştirak edəcək - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər