reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Avroliqanın qrupunda!


Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Sportfm.az saytının məlumatına görə, təmsilçimiz "Qəbələ” də qrup mərhələsində çıxış etmək üçün mübarizə aparacaq. İlk matçda öz meydanında "Maribor”a 3:1 hesabı ilə qalib gələn "qırmızı-qaralar” səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmləri ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək üçün Sloveniyadan sərfəli nəticə ilə dönməlidir. Azərbaycan çempionatının bürünc medalçısının ilk oyundan sonra şansları yüksək dəyərləndirilir. Cari mövsüm keçirdiyi bütün avrokubok matçlarında qol sevinci yaşayan "Qəbələ”nin səfərdə də qol vuracağı gözləniləndi. Daim hücum futbolu ilə diqqət çəkən komandamız hətta səfər matçlarında da üslubunu dəyişmir.
 
Sloveniyalıların təmsilçimizi dayandırması üçün ən az iki qol vurmalı olduğunu və Qriqorçukun komandasının cari mövsüm hələ 2 top fərqi ilə yenilmədiyini nəzərə alsaq, rəqibin şansının aşağı olduğunu düşünmək olar.
 
Bundan başqa "Qəbələ” tarix yazmağa da çox yaxındı. Belə ki, "Qırmızı-qaralar” üstünlüyünü qorusa, ardıcıl iki dəfə 4 mərhələ adlamaqla tarixə düşəcək.
 
Avropa Liqası
Pley-off, cavab oyunu
25 avqust
 
"Maribor” (Sloveniya) – "Qəbələ” - 1:0
 
Qol: Tavares, 65
Qırmızı vərəqə: Teo Uiks, 69
 
Baş hakim: Viktor Kaşşai
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot
Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Hakim-isnpektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Kris Bonet (Malta)
Maribor. "Lyusdki Vrt” srtadionu
 
"Maribor”: 33. Jasmin Handanoviç, 3. Erik Yanza, 4. Marko Şuler, 5. Blaz Vrhoveç, 6. Aleks Pihler, 9. Tavares, 11. Milivoye Novakoviç, 22. Dare Vrişiç, 35. Rodriqo Defendi, 39. Damyan Bohar, 44. Denis Sme
Ehtiyat oyunçular: 69. Matko Obradoviç, 8. Sintayehu Sallaliç, 14. Sanni Omoregiye, 20. Qreqor Bayde, 24. Marvan Kabha, 28. Mitya Viler, 70. Aleş Mertelj
Baş məşqçi: Darko Milaniç
 
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Viatli Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 44. Rafael Santos
Ehtiyat oyunçular: 33. David Poetrzkeviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk

Oxşar xəbərlər

Avropa Liqası: “Qəbələ”dən inamlı qələbə
“Qəbələ” Avroliqanın pley-offunda! - VİDEO
Avropa Liqası: “Qəbələ”dən qollu heç-heçə - VİDEO
Avropa Liqası: "Qəbələ" növbəti mərhələyə - VİDEO
“Qəbələ” növbəti mərhələdə! - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər